Reklam resmi
Reklam resmi

ABŞ-nin əsas müttəfiqindən İrana XƏBƏRDARLIQ

ABŞ-nin əsas müttəfiqindən İrana XƏBƏRDARLIQ
Dünya

Britaniyanın xarici işlər naziri David Lammy BBC-nin verdiyi məlumata görə , Britaniya İrana ABŞ hərbi bazalarına hücumların və Hörmüz boğazının bağlanmasının "fəlakətli səhvlər" olacağı barədə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, Vaşinqtonun müttəfiqinin diplomatı, "Mən İrana [xarici işlər nazirinə] açıq şəkildə bildirdim ki, indiki məqamda Tehranın Yaxın Şərqdəki Amerika bazalarına hücumu böyük, fəlakətli səhv olardı. Hazırda bölgədə qoşunlarımız var. Həmçinin , Hörmüz boğazının bağlanması böyük səhv olardı" .

Lammy deyib ki, o, İranın ali lideri Əli Xamneyinin ABŞ-ın regiondakı hədəflərinə hücumlarının potensial nəticələrini “anladığına və etiraf etdiyinə” inandığı üçün tərəflər arasında münaqişənin həll olunacağına “nikbin”dir .

Bundan əvvəl Mehr agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Suriyanın şimal-şərqindəki Həsəkədəki Amerika hərbi bazası hücuma məruz qalıb. Lakin məqalədə obyektə konkret kimin hücum etdiyi göstərilməyib.

author picture
Tərlan Əmrahova
Mövzular:
Britaniya BBC Britaniya David Lammy

Digər Xəbərlər