İran Rusiyadan gözləntilərini AÇIQLADI
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran Rusiyanın ikitərəfli strateji tərəfdaşlığa əsaslanan rol oynamasını gözləyir.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“İranın Rusiya ilə hərtərəfli strateji tərəfdaşlığı çərçivəsində bu ölkədən həm çoxtərəfli səviyyədə, xüsusilə BMT Təhlükəsizlik Şurasında, həm də regional səviyyədə xüsusi gözləntiləri var”, - diplomat bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti və digər yüksək rütbəli rəsmilərlə görüşmək üçün Moskvaya gəlib. Danışıqlar ABŞ və İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə və dünyadakı vəziyyəti əhatə edəcək.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: