Reklam resmi
Reklam resmi

İran ABŞ-nin müharibədə birbaşa iştirakını ELAN ETDİ

İran ABŞ-nin müharibədə birbaşa iştirakını ELAN ETDİ
Dünya

ABŞ öz zərbələri ilə birbaşa İrana qarşı müharibəyə girib.

Ajans.az xəbər verir ki, bunu İran İslam Respublikası Ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi deyib.

O, Mərkəzi Qərargahdan müxtəlif bölgələrdə yerləşən yüksək rütbəli ordu komandirləri ilə videokonfransda deyib:

"Biz amerikalıların törətdiyi cinayətlərin dəfələrlə şahidi olmuşuq. Onlar hər dəfə cinayət törədəndə onlara qarşı qətiyyətli mübarizə aparılıb və bu dəfə də belə olacaq".

Xatəmi ordunun komandirlərinə, döyüşçülərinə təşəkkür edib və onların İsraillə qarşıdurma səylərini yüksək qiymətləndirib. İran ordusunun baş komandanı ölkənin müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edəcəyinə söz verib. O, ordunun qələbə üçün döyüşəcəyini də bildirib.

Bazar günü, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Fordo, İsfahan və Natanzda üç nüvə obyektinə zərbələr endirib. Eyni zamanda, İran hesab edir ki, Fordo obyektindəki sentrifuqaların və yeraltı kaskad salonlarının əksəriyyəti zərbədən sonra zədələnməmiş qalıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ İran Müharibə

Digər Xəbərlər