Ajans.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, hücum zamanı Şərqi Azərbaycan ostanının paytaxtı Təbriz şəhərinin cənub-qərbində yerləşən iki yer hədəf alınıb.

Konkret hansı yerlərə zərbələr endirildiyi açıqlanmır. Şəhərin hava hücumundan müdafiə sistemləri işə salınıb.