Reklam resmi
Reklam resmi

Dəməşqdə terror aktı  TÖRƏDİLDİ - ÖLƏNLƏR VAR

Dəməşqdə terror aktı  TÖRƏDİLDİ - ÖLƏNLƏR VAR
Dünya

Dəməşqin xristianların məskunlaşdığı Duveyla məhəlləsində kilsədə ibadət zamanı terror aktı törədilib.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər və çox sayda yaralılar var.

Suriyanın paytaxtı Dəməşqin şərqində güclü partlayış baş verib.

Məlumata görə, hadisə MAR Elias katolik monastırının ərazisində baş verib.

Yerli mənbələr, hadisəyə səbəb olan partlayıcı qurğunu terrorçu-kamikadze aktivləşdirdiyini bildirib.

Son məlumatlara görə, ən azı 15 nəfər ölüb, daha 22 nəfər ağır yaralanıb. Rəsmilər hələ baş verənləri şərh etməyiblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Mövzular:
Dəməşq kilsə məhəllə ibadət xristian məskun

Digər Xəbərlər