ABŞ-nin İrana endirdiyi zərbələrdə Böyük Britaniya iştirak etməyib
Böyük Britaniya ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava zərbələrində iştirak etməyib, lakin bu əməliyyatla bağlı öncədən məlumatlandırılıb
Ajans.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds “Sky News” telekanalına açıqlamasında bildirib.
“Tam əminliklə deyə bilərəm ki, Böyük Britaniya bu əməliyyatlarda yer almayıb”, – nazir vurğulayıb.
Onun sözlərinə görə, ABŞ nə Hind okeanının mərkəzində yerləşən Dieqo Qarsiya adasındakı Britaniya-Amerika birgə hərbi bazasından, nə də Böyük Britaniyanın Kiprdəki Hərbi Hava Qüvvələri bazasından istifadə üçün müraciət edib.
Mövzular: