Rusiya ABŞ-yə XƏBƏRDARLIQ ETDİ
İsrailin dövlətə məxsus Kan Yayım Şirkəti iddia edir ki, Rusiya ABŞ administrasiyasına ABŞ-nin İrana mümkün hərbi zərbələrinə qarşı olduğunu bildirən mesaj göndərib.
Ajans.az xəbər verir ki, məlumat Moskva və Vaşinqton arasında danışıqlarda iştirak edən mənbələrə əsaslanır, lakin onların hansı tərəfə yaxın olduqları göstərilmir.
Onlar bildiriblər ki, ötürülən siqnal “təhdid deyil, “ABŞ prezidenti Donald Trampı İrana zərbə endirmək qərarından çəkindirmək” məqsədi daşıyan bir mesajdır.
İsrail də öz növbəsində hesab edir ki, ABŞ prezidenti İrana hücum etmək qərarına yaxındır və bu, hər an baş verə bilər, Kan qeyd edir. Eyni zamanda, məlumatlı İsrail dairələri Trampın hərbi ssenaridən imtina edə biləcəyini etiraf edirlər. Bir sıra Kan mənbələri bildirir ki, hazırda Amerika lideri diplomatik danışıqları davam etdirməyə meyllidir.
Ağ Ev rəhbəri bu yaxınlarda bildirib ki, Vaşinqton Amerikanın quru qoşunlarının İranda istifadəsini ABŞ-nin İran-İsrail münaqişəsində iştirakı üçün ən az üstünlük verilən variant hesab edir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.