İran bu ölkələrlə danışıqlar APARACAQ
İranın Fransa, Britaniya və Almaniya ilə danışıqlar aparacağını İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi təsdiqləyib.
Ajans.az xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.
“Cümə günü Cenevrədə Avropa nümayəndə heyəti ilə görüşəcəyik”.
İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, danışıqlar Fransa XİN rəhbərləri Jan-Noel Barrot, Böyük Britaniya Devid Lammi və Almaniya İohan Vadefulun iştirakı ilə keçiriləcək.
Görüşdə həmçinin Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da iştirak edəcək.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: