ABŞ İranla müharibəyə başladığını ELAN ETDİ
ABŞ artıq İrana qarşı müharibəyə girib.
Ajans.az xəbər verir ki, bu barədə amerikalı hərbi analitik və keçmiş dəniz zabiti Brayan Berletiç özünün X sosial şəbəkə hesabında bildirib.
“ABŞ artıq İranla müharibəyə girib. Vaşinqton hədəfləri yalnız amerikalıların əldə edə biləcəyi kəşfiyyat məlumatlarından istifadə edərək seçir”, - ekspert qeyd edib.
Berletikin sözlərinə görə, Amerika tərəfi İsrail Müdafiə Qüvvələrini (IDF) lazımi təyyarə və bombalarla təmin edir, həmçinin israilli mütəxəssislərlə İrana zərbələr endirmək üçün raketlər hazırlayır. O, həmçinin bildirib ki, ABŞ “İranın hava hədəflərinin tutulmasında özü iştirak edir”.
Bundan əvvəl Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Tehranla birbaşa münaqişəyə girmək üçün infrastruktur hazırlayır. Onun məlumatlarına görə, ABŞ-nin bir sıra federal qurumlarının ali rəhbərliyi də yaxın günlərdə İrana zərbələr endirməyə hazırlaşmağa başlayıb.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.