ABŞ yaxın günlərdə İrana ZƏRBƏ ENDİRƏCƏK
ABŞ-nin yüksək rütbəli məmurları yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır.
Ajans.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, ABŞ yaxın günlərdə - 21-22 iyunda İranı vura bilər. Bununla belə, planların dəyişməsi ehtimalı var. Məlumdur ki, ABŞ-də “bir sıra federal qurumların ali rəhbərliyi” tətilə hazırlaşır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tehran sakinlərini dərhal şəhəri tərk etməyə çağırıb. “ABŞ İrana "son ultimatum" verir, Vaşinqtonun səbri tükənir”, - deyə Tramp bildirib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: