Reklam resmi
Reklam resmi

Aİ-nin əməkdaşı döyüldü: onu kim hədələyib?

Aİ-nin əməkdaşı döyüldü: onu kim hədələyib?
Dünya

Avropa İttifaqının Rusiyadakı nümayəndəliyinin əməkdaşı Vladivostokda döyülüb.

Ajans.az xəbər verir ki, "Der Spiegel” mənbələrə istinadən xəbər verir ki , Vladivostokda Avropa İttifaqının (Aİ) Rusiyadakı missiyasının əməkdaşı döyülüb.

Nəşrin məlumatına görə, Aİ-nin Rusiyadakı missiyasının əməkdaşı işgüzar səfərdə Vladivostokda olub. Mayın 26-da səhər saat 7 radələrində o, oteldən gəzintiyə çıxıb. Bir müddət sonra onun yanında maşın dayanıb, oradan iki kişi çıxıb, qadını hədələməyə başlayıblar, sonra da döyüblər.

Qurbanın Rumıniya vətəndaşı olduğu məlum olsa da, onun adı açıqlanmır. Hücumdan sonra diplomat Rusiyadan çıxarılıb. Lakin qadının hansı vəziyyətdə olduğu açıqlanmır. Avropa Komissiyasının sözçüsü Anitta Hipper Vladivostokda avropalı diplomata hücumu təsdiqləyib, lakin baş verənlərin təfərrüatlarını açıqlamayıb. Onun sözlərinə görə, hadisədən sonra Rusiyanın Belçikadakı nümayəndəsi izahat üçün çağırılıb.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonda yəhudi muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşına hücum edilib. Hər iki diplomat hücumdan sağ çıxa bilməyib.

author picture
Tərlan Əmrahova
Mövzular:
Avropa İttifaqı Rusiya Vladivostok Döyülmə

Digər Xəbərlər