Reklam resmi
Reklam resmi

Bütün dünya təhlükədədir - ZAXAROVA

Bütün dünya təhlükədədir - ZAXAROVA
Dünya

Nüvə infrastruktur obyektlərinə hücumlar həyata keçirildiyindən, nüvə təhlükəsi praktiki olaraq nəzərəçarpacaq həddə çatdığından İran və İsrail arasında münaqişə təkcə gərginliyin artmasına deyil, həm də region və bütün dünya üçün ciddi təhlükəyə çevrilir.​​

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bütün bunlar nəinki münaqişənin eskalasiyasına, həm də regional və dünya sülhü üçün birbaşa təhlükəyə gətirib çıxaracaq, çünki zərbələr dinc atom və ya nüvə obyektlərinə yönəlib”, - Zaxarova “Sputnik” radiosunda qeyd edib.

O vurğulayıb ki, İranın öz nüvə obyektlərinə sahib olmaq hüququ var və bundan sonra da olacaq və onlara hücumlar qlobal təhlükədir. Zaxarova onu da əlavə edib ki, bu münaqişədə nüvə təhlükəsi real əhəmiyyət kəsb edir.

“Bu halda söhbət heç də hipotetik deyil, daha çox praktik xarakter daşıyan nüvə təhlükəsindən gedir”, - diplomat qeyd edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Nüvə İsrail İran Müharibə Zaxarova

Digər Xəbərlər