Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb
Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Ajans.az xəbər verir ki, Memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.
Mövzular: