Reklam resmi
Reklam resmi

Çin İsrailin İrana hücumlarından NARAHATDIR

Çin İsrailin İrana hücumlarından NARAHATDIR
Dünya

“Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır”.

Ajans.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstanda keçirilən Çin-Orta Asiya sammitində çıxışında deyib.

Si Cinpin bildirib ki, rəsmi Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır. Çin lideri əlavə edib ki, regionda gərginliyin ən qısa müddətdə azaldılması üçün bütün maraqlı tərəflər əməkdaşlıq etməlidir. “Çin digər ölkələrin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozan hər növ hərəkətə qarşıdır və hərbi münaqişə həll yolu deyil”, - o vurğulayıb.

Mövzular:
Çin İsrail İran Yaxın Şərq

Digər Xəbərlər