Reklam resmi
Reklam resmi

Tramp İsraili müdafiə edəcəyinə SÖZ VERDİ

Tramp İsraili müdafiə edəcəyinə SÖZ VERDİ
Dünya

ABŞ prezidenti Donald Tramp İranın cavab hücumuna məruz qalacağı təqdirdə ölkənin İsraili müdafiə edəcəyinə söz verib.

Ajans.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Bu barədə nəşrin müxbiri Amerika lideri ilə telefonla danışıb.

Siyasətçi vurğulayıb ki, Tramp İsrailin zərbə endirmək planını əvvəlcədən bilirdi, lakin Vaşinqton heç bir şəkildə hərbi müdaxilə etməyib. Eyni zamanda, dövlət başçısı baş verənlərdən sonra İranın nüvə sazişi ilə bağlı danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin “İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə vurduğunu” deyib.

İranın ali dini lideri Əli Xamenei İslam Respublikasına edilən hücuma münasibət bildirərək, İsrailin etdiklərinə görə cəzalandırılacağını bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp İsrail İran Müdafiə Söz verdi

Digər Xəbərlər