Qəzaya uğrayan təyyarənin 2 sərnişini sağdır
Əhmədabad hava limanı yaxınlığında "Air India" şirkətinə məxsus Boeing 787 təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalan iki nəfər tapılıb.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Air India sərnişin təyyarəsi iyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat əyalətinin Əhmədabad hava limanı yaxınlığında, Meqaninaqar bölgəsində qəzaya uğrayıb.
Təyyarə Əhmədabaddan Londona uçurmuş. Polis təyyarədə 242 nəfərin olduğunu bildirib. Hadisə yerinə fövqəladə hallar briqadası, o cümlədən yanğınsöndürmə briqadası göndərilib.
Mövzular: