Reklam resmi
Reklam resmi

XİN Hindistana başsağlığı verdi

XİN Hindistana başsağlığı verdi
Dünya

Azərbaycan Xarici İşlər Nazirliyi Əhmədabadda baş verən sərnişin təyyarəsi qəzası ilə bağlı Hindistana başsağlığı verib.

Ajans.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 

“Hindistanın Əhmədabad şəhərində faciəvi təyyarə qəzası barədə xəbər bizi dərindən kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc və şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, ən son məlumata görə, qəza zamanı 133 nəfər həlak olub.

Mövzular:
XİN Hindistan başsağlığı sərnişin təyyarəsi qəza

Digər Xəbərlər