Belarus-Litva münasibətlərində GƏRGİNLİK: Sərhəddə PUA vuruldu
Belarus-Litva sərhədində gərginlik yenidən diqqət mərkəzinə düşüb.
Ajans.az xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin yaydığı məlumata görə, iyunun 11-də Litva ilə sərhədə yaxın məsafədə hərəkətdə olan pilotsuz uçuş aparatı (PUA) sərhədçilər tərəfindən aşkar edilərək yerə endirilib.
Hadisə Voronovski rayonunda, Belarus-Litva sərhədindən təxminən bir kilometr məsafədə baş verib.
Komitə qeyd edib ki, Lida sərhəd dəstəsinin hərbçiləri standart silahlardan istifadə edərək PUA-nı eniş etməyə məcbur ediblər.
Sərhədçilər dronun hansı ölkəyə məxsus olduğunu hələlik açıqlamayıblar.
Mövzular: