Sərnişin təyyarəsi Yekaterinburqda MƏCBURİ ENİŞ ETDİ
Rusiyanın S7 aviaşirkətinə məxsus təyyarə Yekaterinburqun Koltsovo hava limanında məcburi eniş edib.
Ajans.az xəbər verir ki, bu barədə “Ural Mash” “Telegram” kanalı məlumat yayıb.
Hadisənin Novosibirskdən Sankt-Peterburqa uçan təyyarədə baş verdiyi dəqiqləşdirilir. İlkin məlumatlara görə, planlaşdırılmamış eniş sərnişinlərdən birinin xəstəliyi səbəbindən edilməli olub. Hazırda ona həkimlər yardım göstərirlər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: