Nazirliyin xəstəxanasında YANĞIN: Yüzlərlə insan TƏXLİYƏ EDİLDİ - bu ölkədə
Yanğınla əlaqədar Moskvada Daxili İşlər Nazirliyinin xəstəxanasından yüzlərlə insan təxliyə edilib.
Ajans.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Nəşrin məlumatına görə, cərrahiyə korpusunun birinci mərtəbəsində yerləşən server otağı alovlandığı üçün binadan 500 vətəndaş təxliyə edilib.
Yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Bina elektriksiz qalıb, xilasedicilər hadisə yerinə yollanır.
Hazırda hadisənin digər təfərrüatları araşdırılır.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: