Reklam resmi
Reklam resmi

İsrailin Qəzzaya hava hücumları nəticəsində 13 nəfər HƏLAK OLDU

İsrailin Qəzzaya hava hücumları nəticəsində 13 nəfər HƏLAK OLDU
Dünya

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə aviazərbələr endirilməsi nəticəsində azı 13 fələstinli ölüb, daha onlarla yaralı var.

Ajans.az WAFA-ya istinadən xəbər verir ki, mərmilər köçkün ailələrinin sığındığı çadıra da düşüb.

Xan Yunisin bölgələrinə, o cümlədən Batn əs-Səminə endirilən zərbələrdə İsrailə məxsus pilotsuz təyyarələrdən də istifadə edildiyi vurğulanır.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, kütləvi zərbələr endirib. Baş nazir Benyamin Netanyahunun Dəftərxanası bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqlar zamanı irəli sürdüyü təkliflərdən imtinası ilə izah edib və əməliyyatın məqsədinin anklavda saxlanılan bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni təqsirləndiriblər.

Mövzular:
Qəzza İsrail hücum hava zərbəsi ölüm yaralı

Digər Xəbərlər