Reklam resmi
Reklam resmi

Münasibət GƏRGİNLƏŞDİ: Tramp Maskı AÇIQ-AYDIN HƏDƏLƏDİ!

Münasibət GƏRGİNLƏŞDİ: Tramp Maskı AÇIQ-AYDIN HƏDƏLƏDİ!
Dünya

ABŞ prezidenti Donald Tramp və milyarder iş adamı İlon Mask arasında vergilərin azaldılması qanun layihəsi ilə bağlı debat qızışır. Tramp Maskın “Mən olmasaydım, Tramp seçkiləri uduzardı” sözlərinə “Büdcəmizdə milyardlarla dollar qənaət etməyin ən asan yolu İlonun hökumət subsidiyalarını və müqavilələrini ləğv etməkdir”,- deyə, təhdidlə cavab verib.

Ajans.az xəbər verir ki, ABŞ prezidenti Tramp vergilərin azaldılması qanun layihəsini sərt tənqid edən İlon Maskı açıq şəkildə hədələyib. 

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mersi qəbul edərkən ilk dəfə amerikalı iş adamı İlon Maskın tənqidlərinə cavab verib. Maskın daha əvvəl tənqid etdiyi vergi endirimi qanun layihəsi ilə bağlı müsbət şərhlər verdiyini və etdiyi bir çox şeyi təriflədiyini ifadə edən Tramp, Maskın Ağ Evdən ayrıldıqdan sonra qəfil dəyişdiyini bildirib. Tramp, "Elonla aramızda çox yaxşı münasibət var idi, amma bu münasibətin artıq yaxşı olub-olmadığını bilmirəm. Ona çox kömək etsəm də, İlondan çox məyus oldum. O, hələ mənim haqqımda pis bir şey deməyib, amma yaxında deyəcək, əminəm" deyib.

İlon Maskın elektrikli avtomobillər üçün təşviq endirimlərinin aradan qaldırılmasından üzüldüyünü və reaksiyasının səbəbinin də bu olduğunu irəli sürən Tramp, Maskın əvvəldən bu endirimlərin ləğv ediləcəyini bildiyini və bu mövzuda öz mövqeyinin heç vaxt dəyişmədiyini bildirib. Tramp həmçinin Maskın NASA direktorluğuna ad təklif etdiyini, lakin bu şəxsin uyğun olmadığı üçün təyin olunmadığını, Maskın da bundan narahat olduğunu qeyd edib.

Trampın "İlon Mask qanun layihəsini ən yaxşı bilirdi" ifadəsinə münasibət bildirən Mask, "Bu, yalandır. Sözügedən qanun layihəsi mənə heç vaxt göstərilməyib və gecənin bir yarısı o qədər tez qəbul edilib ki, Konqresdə demək olar ki, heç kim onu ​​oxumayıb" ifadələrini işlədib.

Trampın Pensilvaniya ştatındakı seçkiləri misal gətirdiyi, Maskın dəstəyi olmadan prezident seçkilərində qalib gələ biləcəyi ilə bağlı açıqlamasına reaksiya verərək, "Mən olmasaydım, Tramp seçkini uduzardı. Demokratlar Nümayəndələr Palatasına, Respublikaçılar isə Senatda 51-49 səs çoxluğuna sahib olardılar" , - deyə o bildirib.

"American Politico" jurnalı iddia edib ki, Ağ Ev müşavirləri gərginliyin daha da artmasının qarşısını almaq üçün Trampı razı salmağa çalışdıqdan sonra “sülhü təmin etmək üçün” prezidentlə Mask arasında telefon danışığı planlaşdırılıb. Ağ Ev isə "Trampın İlon Maskla görüşmək planının olmadığını" bəyan edib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp Mask Gərginlik Hədə

Digər Xəbərlər