Rusiya ən böyük TƏHLÜKƏDİR - NATO
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Haaqada keçiriləcək sammitdə NATO müttəfiqləri Rusiyanı alyans üçün ən böyük təhlükə elan etməyə hazırlaşırlar.
Ajans.az xəbər verir ki, müdafiə idarəsi rəisinin sözlərinə görə, Bundesver bu şərtlər daxilində öz sayını 60 min hərbçi artırmalıdır.
Bundan əvvəl Bundesverin baş müfəttişi Karsten Breuer demişdi ki, Almaniya ordusu 2029-cu ilə qədər potensial münaqişədə iştiraka tam hazır olmalıdır. Bu tarixin seçilməsinin səbəbi ilə bağlı suala hərbçi bu il Rusiyanın hər hansı NATO ölkəsinə ehtimal edilən hücum təhlükəsini misal çəkib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: