Tanınmış saytın əməkdaşları SAXLANILDI - bu ölkədə
Hüquq-mühafizə orqanları Yekaterinburqda URA.RU nəşrinin iki əməkdaşını, o cümlədən redaktor Denis Allayarovu saxlayıblar.
Ajans.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, həbslər axtarışlardan əvvəl həyata keçirilib. Xatırladaq ki, iyunun 5-də səhər saatlarında URA.RU-nun redaksiyasında axtarışlar başlayıb. “RİA Novosti” xəbər verir ki, müstəntiqlərin redaksiyadakı işi 2020-ci ildə nəşrin “Həkimlər Alyansı” qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilməsi ilə bağlı ola bilər.
Rusiya Ədliyyə Nazirliyi “Həkimlər Alyansı” həmkarlar ittifaqını xarici agent kimi tanıyıb və onu 2021-ci il martın əvvəlində müvafiq reyestrə əlavə edib. Yoxlama zamanı agentlik “dəfələrlə xaricdən maliyyə vəsaiti alınması, habelə siyasi fəaliyyətin həyata keçirilməsi faktlarını” aşkar edib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.