Rusiya-Ukrayna müharibəsi GƏRGİNLƏŞDİ
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri iyunun 5-nə keçən gecə Ukraynaya məxsus 30 pilotsuz təyyarəni məhv edib, Rusiya Müdafiə Nazirliyi bildirib.
Ajans.az xəbər verir ki, Rostov vilayəti üzərində 15, Krım yarımadası üzərində 11, Belqorod vilayətində iki, Kursk və Moskva vilayətlərində isə hərəyə bir PUA vurulub.
Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi iyunun 4-ü axşam saatlarında Rusiya Federasiyasının regionlarının Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların hücumuna məruz qaldığını bildirmişdi. Beləliklə, saat 22:00-00:00 arasında 29 PUA məhv edilib. Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarələrin əksəriyyəti Belqorod vilayəti üzərində məhv edilib. Bundan əlavə, Rostov və Voronej vilayətlərinin əraziləri də hücuma məruz qalıb.
İyunun 3-də isə “Xersonoblenergo” regionda minlərlə abonentin elektrik enerjisinin fövqəladə kəsilməsi ilə bağlı xəbərdarlıq edib. Geniçeski, Novotroitski, Nijneseroqozski, Velikolepetixski və digər rayonlar Ukraynanın PUA basqını səbəbindən enerjisizləşdirilib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.