Reklam resmi
Reklam resmi

Rusiya ordusu daha iki yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ

Rusiya ordusu daha iki yaşayış məntəqəsini ƏLƏ KEÇİRDİ
Dünya

Rusiya ordusu cəbhədə irəliləyərək iki yaşayış məntəqəsini ələ keçirib.

Ajans.az xəbər verir ki, bu, Ukrayna analitik layihəsi “DeepState”in yenilənmiş xəritəsindən görünür.

Məlumata görə, Rusiya qoşunları Ukraynanın Sumı vilayətində Andriivka və Vodolagi yaşayış məntəqələrini ələ keçirib, həmçinin Yablonovka qəsəbəsi yaxınlığında irəliləməyə nail olub. Bundan əlavə, Rusiya qüvvələri Donetsk vilayətinin Diliyevka yaxınlığında irəliləyib.

Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləməyib. Ən son məlumata görə, gün ərzində cəbhədə 134 döyüş toqquşması baş verib.

Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə hücum işğal

Digər Xəbərlər