Qərb Zelenskini İTTİHAM ETDİ
Ukrayna prezidenti Vladimir Zelenski aerodromlarına hücum edərək Rusiyanı nüvə reaksiyasına təhrik etmək istəyib.
Ajans.az xəbər verir ki, bu barədə Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç X sosial şəbəkəsində bildirib.
“Nüvə qarşısının alınması haqqında bir kitab belə oxumusunuzsa, bilirsiniz ki, nüvə triadasına gözlənilməz hücumun cavabı nüvədir. Zelenski bunu bilirdi. O, nüvə reaksiyasını təhrik etmək istəyir”, - Koşkoviç deyib.
Analitikin sözlərinə görə, Rusiya Zelenskinin planlarından xəbərdardır və buna görə də “barmağını nəbzində saxlaya bilər”.
Daha əvvəl Koşkoviç bildirib ki, Ukraynanın Rusiya aerodromlarına hücumu Zelenskinin hakimiyyətdə qalmasına kömək etmək məqsədi daşıyır.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: