ABŞ Prezidenti Maska 8000 dollar dəyərində HƏDİYYƏ
Tramp Maska 8000 dollar dəyərində qızıl açar hədiyyə etdi.
ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maska Amerika hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumun (DOGE) kuratoru vəzifəsindəki işinə görə qızıl açar hədiyyə edib.
Ajans.az xəbər verir ki, milyarder hökumətdəki işini başa vurub və özəl sektora qayıdıb.
"Burada özəl bir şey var. Çox özəl. Mən bunu çox xüsusi insanlara hədiyyə edirəm. Mən bunu ölkəmiz adından hədiyyə olaraq İlona verməyi qərara aldım. Təşəkkürlər, İlon!", - prezident qızıl açarı biznesmenə təqdim edərkən deyib. Mask hədiyyəni heyrətamiz adlandırıb və dövlət başçısına təşəkkürünü bildirib.
ABŞ mətbuatı Trampın Maska hədiyyə etdiyi açarın internetdəki ticarət platformalarından birində 8 min ABŞ dollarına satıldığını müəyyən edib.
Mövzular: