Suriya və bu ölkə ARASINDA...
Yaponiya Suriyaya qarşı tətbiq edilən sanksiyaları qismən ləğv etmək qərarına gəldiyini və ən azı 4 bankın sanksiya siyahısından çıxarılacağını açıqlayıb. Bu qərar Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına töhfə vermək üçün qəbul edilib.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Suriyaya qarşı tətbiq edilən sanksiyaları qismən ləğv etmək qərarına gəldiklərini və ən azı 4 bankın sanksiya siyahısından çıxarılacağını açıqlayıb.
NHK dövlət televiziyasının məlumatına görə, Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa mətbuata verdiyi açıqlamada, Baas rejiminin devrildiyi Suriyaya qarşı sanksiyaların qismən ləğv edilməsi qərarının hərtərəfli qiymətləndirmələrdən sonra verildiyini bildirib.
Hayaşi bu qərarın Yaponiyanın illərdir davam edən böhrandan tükənmiş Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verməsi və müsbət səylərə dəstək verməsi fikrindən irəli gələrək verildiyini bildirib.
Hayaşi ölkəsinin Suriyada sülh və sabitliyin təmin edilməsi üçün effektiv tədbirlər hazırlamaq üçün G7 ölkələri və digər beynəlxalq aktorlarla əməkdaşlığı davam etdirəcəyini qeyd edib və beynəlxalq ictimaiyyətlə harmoniyada hərəkət edəcəklərini vurğulayıb.
Sanksiyaların ləğvinin birinci mərhələsində ən azı dörd bank aktivləri dondurulanların siyahısından çıxarılacaq.