Ankara Kiyevdə danışıqlar APARACAQ - Bu tarixdə
Türkiyə iyunun 2-də İstanbulda danışıqların yeni raundunun keçirilməsi məsələsində Ukrayna tərəfi ilə fəal məsləhətləşmələr aparır.
Ajans.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə birgə mətbuat konfransı zamanı deyib.
Fidan vurğulayıb ki, Ankara mayın 16-da keçirilən əvvəlki danışıqlara sülh prosesinin mühüm başlanğıcı kimi baxır və əldə olunan diplomatik sürəti saxlamaq niyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfi artıq yeni danışıqlarda iştirak etməyə hazır olduğunu təsdiqləyib.
“Biz İstanbulda əldə olunan sürəti, dinamikanı saxlamaq istəyirik və danışıqların yeni raundunu qəbul etməyə hazırıq. Rusiya bizə danışıqları iyunun 2-də bərpa etməyə hazır olduğunu bildirib və biz Ukrayna ilə məsləhətləşmələr aparırıq”, - o, yekunlaşdırıb.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Rusiya tərəfinin tələbləri dəyişməz olaraq qalır. Bunlara Kiyevin NATO-ya üzv olmaqdan imtinası, Ukraynanın neytral statusu və rusdilli vətəndaşların hüquqlarını pozan qanunların ləğvi daxildir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.