Reklam resmi
Reklam resmi

ABŞ rəsmisindən İstanbul görüşü ilə bağlı - AÇIQLAMA

ABŞ rəsmisindən İstanbul görüşü ilə bağlı - AÇIQLAMA
Dünya

Ümid edirik ki, İstanbulda Rusiya və Ukrayna liderlərinin görüşü baş tutacaq.

ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir.

Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, prezidentin (ABŞ Prezidenti Donald Trampın) təşviq etdiyi və bu iki tərəfi görüşməyə və birbaşa danışıqlara çağırdığı görüşdür", - o qeyd edib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında növbəti İstanbul görüşü iyunun 2-də baş tutacaq.

Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə sülh Türkiyə ABŞ

Digər Xəbərlər