Daha 2 ölkə MÜHARİBƏYƏ HAZIRLAŞIR
İsveç Rusiya ilə müharibə olacağı təqdirdə silahlı qüvvələrinin köçürülməsi üçün nəqliyyat dəhlizləri hazırlayır.
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev məlumat verib.
“İsveç hökuməti birləşmiş hərbi hissələrin ölkənin şimal bölgələrindən Baltikyanı və Finlandiyaya potensial operativ köçürülməsi üçün mövcud nəqliyyat dəhlizlərini fəal şəkildə modernləşdirir və genişləndirir”, - diplomat bildirib.
İsveç daha əvvəl əhaliyə sağ qalmağın əsas qaydaları haqqında danışan və həmçinin ölkəyə hücum zamanı əvvəlcədən fəaliyyət planı üzərində düşünməyi təklif edən 5 milyon vərəqə göndərmişdi.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: