Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə az öncə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.

İlkin məlumata görə, maşının qatarla toqquşması nəticəsində 3 nəfər ağır xəsarət allb.

Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma başlanıb.