ABŞ Prezidenti Donald Trampın Suriya PLANI
Tramp yeni Suriya nümayəndəsi haqqında açıqlama verib.
“Tom Barak Suriya ilə işləməyin Yaxın Şərqdə sülhü təmin etmək, münasibətləri yaxşılaşdırmaq və radikalizmi dayandırmaq üçün böyük potensiala malik olduğunu anlayır”.
Ajans.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial media platformasında qeyd edib.
Barakın Suriya nümayəndəsi vəzifəsinə təyin olunmasından məmnun olduğunu bildirən Tramp “Birlikdə ABŞ və dünyanı daha təhlükəsiz bir yerə çevirəcəyik” deyib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi təyin edilib.
Mövzular: