Kiyev və Moskva arasında danışıqlar... - LAVROV
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin XIII Beynəlxalq Toplantısında çıxışı zamanı bildirib ki, yaxın vaxtlarda Kiyev və Moskva arasında danışıqların yeni mərhələsi elan olunacaq.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xarici siyasət idarəsinin rəhbəri çıxışında qeyd edib ki, danışıqlar münaqişədən yaxşıdır, lakin ilk növbədə Ukraynadakı böhranın əsas səbəbləri aradan qaldırılmalıdır.
Bir gün əvvəl Kiyev rejimi başçısının aparat rəhbərinin müavini İqor Brusilo bəyan edib ki, Ukrayna Rusiya ilə danışıqların ikinci raundu üçün ölkə nümayəndə heyətinin tərkibini görüşün gündəliyi formalaşan zaman müəyyən edəcək.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya Ukrayna ilə sonrakı danışıqlarda iştirak etmək üçün ölkə nümayəndə heyətinin tərkibini dəyişməyi planlaşdırmır.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: