Reklam resmi
Reklam resmi

ABŞ nüvə müharibəsi EDƏCƏK? - Şimali Koreya NARAHATDIR

ABŞ nüvə müharibəsi EDƏCƏK? - Şimali Koreya NARAHATDIR
Dünya

Şimali Koreya ABŞ prezidenti Donald Trampın “Qızıl Qübbə” raketdən müdafiə sistemi qurmaq planını kəskin tənqid edib.

Ajans.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Koreya Mərkəzi Xəbər Agentliyi KXDR Xarici İşlər Nazirliyinin nəzdindəki institutun memoranduma istinadən verdiyi açıqlamada, "Proqram ABŞ-nin birqütblü hökmranlıq strategiyasını dəstəkləyən kosmosda nüvə müharibəsi ssenarisidir" ifadələrini işlədib.

Memorandumda “Qızıl Qübbə” ABŞ-nin “arınma, təkəbbür, yüksək əliaçıqlıq və özbaşınalığın zirvəsi” kimi təsvir edilir. Həmçinin bildirilib ki, Vaşinqton “kosmosda hökmranlıq edənin gələcək müharibədə qalib gələ biləcəyini iddia edərək, kosmosu hərbiləşdirməyə çox çalışır”.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerikanın “Qızıl günbəz”dən gələn təhlükəni dəyərləndirib. Onun sözlərinə görə, ABŞ-nin raketdən müdafiə sistemi yaratmaq planları panikaya səbəb deyil.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
ABŞ Şimali Koreya Tramp Nüvə Müharibə

Digər Xəbərlər