Bu ölkə böyük HƏRBİ TƏLİMƏ HAZIRLAŞIR
Polşa son illərin ən böyük hərbi təliminə hazırlaşır.
Polşa ordusunun 18-ci mexanikləşdirilmiş diviziyası NATO müttəfiqlərinin iştirakı ilə ən böyük hərbi təlimdə iştirak edəcək.
Ajans.az yerli media istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
“Brifinq zamanı uzun illərdən sonra ilk böyük diviziya təlimlərinin keçirilməsi ilə bağlı əmr verdim. 18-ci mexanikləşdirilmiş diviziya məhz belə təlimlər keçirəcək və imkan və bacarıqlarını, o cümlədən də müttəfiqlərimizlə birlikdə, nümayiş etdirməyə tam hazır olacaq”, - o deyib.
Nazir bunu Polşa və müttəfiqlərinin Rusiya və Belarus Silahlı Qüvvələrinin bu il keçirəcəyi “Zapad-2025” təlimlərinə cavab adlandırıb.
Mövzular: