Reklam resmi
Reklam resmi

Yaponiyada güclü zəlzələ BAŞ VERDİ

Yaponiyada güclü zəlzələ BAŞ VERDİ
Dünya

Yaponiyanın Hokkaydo adasında güclü zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi, mayın 26-da yerli vaxtla saat 17:47-də qeydə alınıb. Onların maqnitudası 5,3-ə çatıb ki, bu da güclü zəlzələ hesab olunur.

Təbii fəlakətin episentri Hokkaydonun cənubundakı Tokaçi bölgəsində olub. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib. Tələfat və ya adada infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib. Ölkədə sunami təhlükəsi elan olunmayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Yaponiya Hokkaydo Ada Zəlzələ

Digər Xəbərlər