Çin Tayvanı hər an işğal EDƏ BİLƏR - KİV
Xalq Azadlıq Ordusunun (PLA) keçirdiyi hərbi təlimlərin hər an dinc əməliyyatlardan “Tayvanın işğalına” keçə biləcəyi iddia edilir.
Ajans.az xəbər verir ki, bu barədə Financial Times (FT) öz mənbələrinə istinadən yazır.
Adının açıqlanmasını istəməyən Tayvan ordusunun rəsmisi qəzetə deyib ki, Çinin Tayvana potensial işğalda mühüm rol oynayacaq hərbi hava qüvvələri və raket bölmələri istənilən vaxt dinc əməliyyatdan hərbi əməliyyatlara keçə biləcək qədər təkmilləşib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: