Ərdoğan Pakistanın Baş nazirini QƏBUL ETDİ
Ərdoğan Pakistan Baş naziri ilə görüşüb.
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.
Ajans.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Üzbəüz keçirilən qapalı görüşdə Türkiyə-Pakistan qarşılıqlı əlaqələrinin dəyərləndirilməsi proqnozlaşdırılır.
Məlumata görə, həmçinin regional məsələlər, o cümlədən terrorla mübarizə və beynəlxalq məsələlərin müzakirə ediləcək.
Bundan başqa, iki ölkə arasında yaradılmış və sonuncu iclası ötən ilin fevralında Prezident Ərdoğanın iştirakı ilə İslamabadda keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən əməkdaşlıq prosesləri nəzərdən keçiriləcək.
Onu da qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərifi Türkiyəyə səfəri zamanı İstanbul Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb.
Onun qarşıdakı günlərdə Azərbaycana da səfəri gözlənilir.