Reklam resmi
Reklam resmi

Merz ABŞ-dəki hadisəni PİSLƏDİ

Merz ABŞ-dəki hadisəni PİSLƏDİ
Dünya

Almaniya kansleri Fridrix Merz Vaşinqtonda Yəhudi Muzeyi qarşısında iki israilli diplomatın öldürülməsini pisləyib.

Ajans.az xəbər verir ki, o, müvafiq nəşri X sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

“İndiki mərhələdə biz antisemit motivlərin mövcudluğunu güman etməliyik: Mən bu iyrənc hərəkəti ən kəskin şəkildə pisləyirəm”, - deyə, Merz bildirib.

Merz İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsi xəbərindən şoka düşdüyünü bildirib. O, diplomatların ailələrinə başsağlığı verib.

Bundan əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Vaşinqtondakı Yəhudi Muzeyində keçirilən tədbirdən sonra İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi barədə məlumat vermişdi. O, hazırda fəal araşdırma aparıldığını bildirib və təcavüzkarın törətdiyi əmələ görə məsuliyyətdən qaçmayacağını vurğulayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Merz ABŞ Hadisə Pislədi

Digər Xəbərlər