ABŞ Talibanı artıq belə TANIYACAQ
ABŞ Talibanı terror təşkilatı kimi tanımağı nəzərdən. keçirir
ABŞ Dövlət Departamenti Taliban hərəkatını xarici terror təşkilatları siyahısına əlavə etməyi nəzərdən keçirir.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə köməkçi Marko Rubio Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin dinləmələrində çıxışı zamanı danışıb.
Rubio qeyd edib: "Bu təsnifat indi yenidən nəzərdən keçirilir. Biz Talibanın kim olduğunu və keçmişdə nə etdiklərini çox yaxşı bilirik. Siyahıya daxil edilmələri ilə bağlı bir sıra qərarlar verəcəyik, amma bu, Əfqanıstanla gələcək siyasətimizin vahid yanaşmasına əsaslanacaq".
Mövzular: