Reklam resmi
Reklam resmi

Almaniyada terror aktı: Yeniyetmələr SAXLANILDI

Almaniyada terror aktı: Yeniyetmələr SAXLANILDI
Dünya

Almaniya polisi miqrantlara və onun siyasi rəqiblərinə qarşı terror aktları planlaşdıran ifrat sağçı “Sonuncu müdafiə dalğası” ekstremist qrupunun beş üzvünü həbs edib.

Ajans.az bu barədə Associated Press (AP) Almaniya Baş Prokurorluğunun bəyanatına istinadən məlumat yayıb.

“Bu gün səhər tezdən Almaniyanın müxtəlif bölgələrində həyata keçirilən həbslər Saksoniya və Türingiya əyalətlərində 13 yerdə axtarışlarla müşayiət olunub”, - məlumatda deyilir.

Departament bildirib ki, həbs edilənlərdən dördü ekstremist təşkilata üzv olmaqda, digəri isə onu dəstəkləməkdə ittiham olunub. Qeyd olunur ki, bəziləri adam öldürməyə cəhd və yanğın törətməkdə də ittiham olunan şübhəlilərin hamısı 14-18 yaşlı yeniyetmələrdir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Almaniya Terror Ekstremist Sağçı Həbs

Digər Xəbərlər