Rusiya vahid komandaya çevrilib - Putin
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, ölkəmiz vahid komandaya çevrilib və bu, qarşıya qoyulan bütün məqsədlərə çatmağın açarıdır.
Ajans.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
“Biz bir komandayıq və bu gün bütün ölkə bir komandadır. Bu, bizim bütün səylərimizin qeyd-şərtsiz uğurudur. Bu, bütün məqsədlərimizə çatmaq üçün zəruri şərtdir. Əminəm ki, xüsusilə də sizə baxanda və sizi dinləyəndə belə olacaq. Güclü, məsul insanlar!”, - Putin könüllülərlə görüşündə deyib.
Bir gün əvvəl dövlət başçısı Kursk vilayəti tam əldə edildikdən sonra ilk dəfə olaraq bu bölgəyə səfər edib. O, rayon bələdiyyələrinin rəhbərləri ilə görüş keçirib, həmçinin tikilməkdə olan Kursk AES-2- də olub.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: