Ajans.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Ruisya XİN rəhbəri səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqlar aparacaq, regional məsələləri müzakirə edəcək. Lavrovun səfər çərçivəsində baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla da görüşü gözlənilir.

Rusiya XİN-in məlumatına əsasən, gündəliyə “ikitərəfli əməkdaşlığın geniş spektri, Avrasiya inteqrasiya birlikləri xətti üzrə qarşılıqlı fəaliyyət, beynəlxalq platformalarda mövqelərin koordinasiyası, ilkin olaraq BMT-nin mövqeləri”nin müzakirəsi daxildir.

Qeyd edək ki, Rusiyalı nazir sonuncu dəfə İrəvana 2022-ci ilin iyununda səfər edib.