Ajans.az xəbər verir ki, bu barədə RBC Ukrayna teleqram kanalında məlumat yayılıb.

Qeyd olunub ki, bu təlimlər Ukrayna pilotlarının "F-16" və "L-39" təyyarələrində təcrübə qazanmalarını təmin edəcək. Təlimlər Çexiya ərazisində keçiriləcək və bu təşəbbüs, Ukraynanın Qərb müttəfiqləri ilə hərbi əməkdaşlığını daha da gücləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, Çexiya bu ilin əvvəlindən Ukraynaya 500 min ədəd sursat göndərib və bunun ilin sonundək 1,8 milyona çatması gözlənilir. Bundan əlavə, Çexiya Ukraynanın hava qüvvələrini təlim üçün helikopter simulyatorları ilə təmin edib və "F-16" təyyarələri üzrə birgə təlim məktəbinin yaradılmasını planlaşdırılır.