Rusiya hazırdır! - Zaxarova
Rusiya Ukrayna ilə təmaslara hazırdır və Kiyevin sülh arzusu onun tərəfindən real qərarlarla dəstəklənməlidir.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“İndi növbə Kiyevdədir. Bu günlərdə gördüyümüz isterik və ziddiyyətli bəyanatları, addımları və hərəkətləri və bu müddət ərzində, o cümlədən Zelenskinin sülh arzusu ilə bağlı əvvəlki fərziyyələrini nəzərə alsaq, bu, onun qərar verməsi üçün vacib məqamdır. Onlar indi real hərəkətlərlə və konkret addımlarla dəstəklənməlidir", - o, Rusiya prezidenti Vladimir Putinlə Rusiya prezidenti Donald Tramp arasında telefon danışığının nəticələrini şərh edərkən deyib.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: