Reklam resmi
Reklam resmi

Həmas və İsrail razılaşmaya yaxınlaşır - ABŞ

Həmas və İsrail razılaşmaya yaxınlaşır - ABŞ
Dünya

Fələstinin radikal islami HƏMAS hərəkatı Qəzza zolağı ilə bağlı İsraillə razılığa gəlməyə yaxınlaşır.

Ajans.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Adam Beyler deyib.

“Mən inanıram ki, Dohadakı dialoqun iştirakçıları Qəzza üzrə razılığa gəlməyə getdikcə yaxınlaşırlar”, - ABŞ administrasiyasının rəsmisi qeyd edib.

Beyler əlavə edib ki, ABŞ və İsrail Həmas-ın girovları azad etmək təklifinə açıqdır. Qeyd olunur ki, İsrailin Qətərdə yerləşən danışıqlar qrupunun missiyası ən azı bir gün daha uzadılıb.

Bundan əvvəl HƏMAS İsrail tərəfi ilə barışıq və İsrail həbsxanalarında məhbus olan bir qrup fələstinlinin azad edilməsi müqabilində Qəzzada radikallar tərəfindən saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyi barədə xəbərləri təkzib etmişdi. Hərəkatın nümayəndəsi Sami Əbu Zuhrinin sözlərinə görə, İsrail hakimiyyəti bu cür yalan məlumat yaymaqla hamını çaşdırmağa çalışır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Fələstin HƏMAS Qəzza İsrail Razılıq

Digər Xəbərlər