ABŞ bu şərtlə - Rusiya ilə ticarət edəcək
Ukrayna münaqişəsindən sonra ABŞ Rusiya ilə ticarət edəcək.
Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiya ilə Ukrayna arasında ticarət-iqtisadi əməkdaşlıq potensialı məhdudiyyətsizdir.
Ajans.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra deyib.
“Ukraynada bu fəlakət bitəndə Rusiya ABŞ-la genişmiqyaslı ticarət etmək istəyir və mən buna razıyam. Rusiyanın böyük sərvət və iş yerləri yaratmaq üçün böyük imkanları var. Potensial məhdudiyyətsizdir”, - Tramp bildirib.
Mövzular: