Reklam resmi
Reklam resmi

Papa 14. Leo Türkiyəyə ziyarət təklifini qəbul edib- DETALLAR

Papa 14. Leo Türkiyəyə ziyarət təklifini qəbul edib- DETALLAR
Dünya

Fənər Rum Patriarxı Bartholomeos, Papa ilə görüş üçün noyabrın sonunu təklif etdi.

"Ajans.az" "Euronews Türk"ə istinadən xəbər verir ki, kanalının patriarxlığa yaxın mənbələrdən əldə etdiyi məlumata görə; Patriarx Varfolomey Roma Papasına noyabrın sonunu təklif edib ki, bu da pravoslav dünyası üçün mühüm gün olan Müqəddəs Endryu bayramına təsadüf edir. Lakin sözü gedən səfər bu tarixdən əvvəl də reallaşa bilər. 

Papa 14. Leo Xristian dünyası üçün böyük əhəmiyyət kəsb edən Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı gündəmdə olan Türkiyə səfərini rəsmi olaraq təsdiqləyib.  Fənər Rum Patriarxı Bartolomeos da kardinalların təşkil etdiyi seçkilərdən sonra 8 mayda Katolik Kilsəsinin ruhani lideri və Vatikanın prezidenti seçilən Papa XIV Leonun andiçmə mərasimində iştirak edib.

Patriarx Vartolomey və Patriarxlığın nümayəndə heyəti bu gün səhər Vatikanda Papa ilə görüşüb. Bu münasibətlə Patriarx Papa XIV Leo-ya Türkiyəyə gəlmək üçün rəsmi dəvət göndərib.NBu səfərin baş tutması üçün prezident Rəcəb Tayyib Ərdoğanın Papaya rəsmi dəvət məktubu göndərməsi lazımdır. Belə ki, Papanın səfəri “dövlət səfəri” kimi keçiriləcək. Bu səbəbdən Papanın Ankarada ilk olaraq prezident Ərdoğanla görüşməsi, daha sonra Patriarxlıq üçün İstanbul və İznikə getməsi planlaşdırılır.

Qeyd edək ki, digər üç papa da eyni tarixdə Türkiyəyə səfər edib. Papa 14. Leo Türkiyəyə səfər edən beşinci katolik lideri olacaq.

Mövzular:
PAPA XIV LEO TÜRKİYƏ

Digər Xəbərlər